Yuxarı

Marneulidə İcma mərkəzi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi istifadəyə verilib.

Axar.az xəbər verir ki, İcma mərkəzindən Qaçağan kəndi ilə yanaşı, qonşu Təkəli, Xancığazlı, Ağaməmmədli, Qasımlı, Ulaşlı, Kirəç Muğanlı kəndlərinin də 20 minə yaxın sakini istifadə edə biləcək.

Gürcüstan ərazisində sayca 74-cü olan mərkəzdə yerli sakinlərə dövlət və özəl sektor üzrə 200-dən çox xidmət göstəriləcək.

Mərkəzin açılış mərasimində Gürcüstan Baş Nazirinin müavini, Ədliyyə naziri Tea Tsulukiani bildirib ki, etnik azlıqların yaşadığı yerlərdə icma mərkəzlərinin inşa edilməsi hökumətin əsas prioritetlərindən biridir. Bu vaxta qədər kəndlərin sakinləri sənədlərin rəsmiləşdirilməsi və dövlət xidmətləri üçün Marneuli rayonunun mərkəzinə getməli olurdular. Onların bu problemi artıq öz həllini tapıb.

İcma mərkəzi müasir kitabxana və konfrans zalı ilə də təmin olunub.

Mərasimdə Gürcüstan Baş Nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Kaxa Koberidze, Marneuli rayonunun icra başçısı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2019.12.15 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla