Yuxarı

“Taksilər üzərində siyasət qurulub”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Taksilər üzərində siyasət qurulub”

Bakı beynəlxalq hava limanina marşrut xətti açıla bilər.

Axar.az-ın xəbərinə görə, Avropa Yay Oyunlarına qədər bu məsələnin həllini tapacağı gözlənilir. Turistlərin paytaxta axını olacağını nəzərə alaraq, xeyli vaxtdır ki, bu istiqamətdə ləğv edilən ictimai nəqliyyatın bərpası planlaşdırılır.

Yarışmanın keçiriləcəyi olimpiya stadionun da sözügedən trayektoriyada yerləşməsi aeroporta marşrut açılmasını şərtləndirib.

Millət vəkili Zahid Oruc da "Analitik.az" saytına açıqlamasında sözügedən problemlə bağlı narahatlığını dilə gətirib. Deputat deyib ki, dünyanın başqa ölkələrində hava limanına işləyən nəqliyyat vasitələri - metro, avtobus var, amma bizdə yoxdur:

"Yalnız şəxsi avtomobillər və taksilərdir. Şübhəsiz ki, bu, maddi imkanları aşağı olan insanların büdcəsinə mənfi təsir göstərir. Məsələ ilk növbədə burada nəqliyyat sistemində rəqabətlilikdir.
İkincisi də bu bir standart, norma və mədəniyyətin ayrılmaz hissəsidir. Nə üçün bizdə hava limanında taksilər üzərində siyasət qurulub, bunu anlamaq və qəbul etmək çox çətindir. Bu, həm də beynəlxalq hava limanıdır. Sadəcə, milli status daşımır. Ora gələn çoxlu sayda insan var. Bəzən də tranzit daşımalar oradan keçir".

Deputat hökumətin bu problemi yaxın zamanlarda həll edəcəyinə əmin olduğunu bildirib.

Tarix
2015.02.08 / 01:22
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla