Yuxarı

“Azərbaycanda yarım milyon adam o günü gözləyir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanda  yarım milyon adam o günü gözləyir”

"İdarəetmə sistemində islahatlar davam etdirilməlidir. Çünki vətəndaşlar dövlət qurumlarının daha effektli və operativ çalışmalarını gözləyir. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı qurumu da Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilməlidir".

Bu sözləri Axar.az-a deputat Zahid Oruc ölkə prezidentinin imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ləğv edib, Komitənin səlahiyyətlərinin əsas hissəsini Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə etməsini şərh edərkən bildirib.

Millət vəkili prezidentin imzaladığı belə fərmanları zəruri hesab edib. Deputat qeyd edib ki, indi əsas iş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə düşür:

"Dəfələrlə insanlar bizə müraciət edirdi ki, iki qonşu arasında eskiz layihələrində, kadastr planlarında qeyri-dəqiqlik yarandığı üçün onlar məhkəmələrə müraciət etməli olublar. Nəzərə alsaq ki, bütün texniki pasportlaşma dövlət qurumlarının vasitəsilə həyata keçirilirdi, elə yaranmış problemlər də onlar tərəfindən aradan qaldırılmalı idi. Əmlak Komitəsinə verilmiş əsas səlahiyyətlər yüz minlərlə sənədsiz evi, onların yerləşdiyi torpaq ərazilərini qanuniləşdirmək, rəsmiləşdirmək və vətəndaşları real olaraq öz mülkiyyətinin sahibinə çevriməkdir".

Z.Oruc qeyd edib ki, indi Əmlak Komitəsi "Asan xidmət" modelində bu işi təşkil etməlidir:

"Əvvəlcə, bu addım atılmalıdır. Nəzərə almaq lazımdır ki, hazırda 400 mindən çox adam hələ də sadələşmiş bir formada qanuni qaydada mülkiyyətçiyə çevriləcəyi günü gözləyir. İndi əmlak məsələləri üzrə qurum "Asan xidmət" modelində bu işi təşkil etməlidir ki, insanlar öz ölkələrində yadplanetli kimi yaşamasın, həmin mülki kredit resursuna çevirə bilsin, yaşadığı yer üzrə qeydiyyata düşsün. Onda gerçək xəritəni hazırlayıb onu peyk rabitəsinə vermək mümkün olacaq və hər kəs evini internet resurslarında axtarıb tapa biləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Ləğv edilən komitənin səlahiyyətlərinin bir qismi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Tarix
2015.02.08 / 10:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Abbas Arakçı Bakıya yola düşdü

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla