Yuxarı

Vergilər Nazirliyində silahlı insident - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergilər Nazirliyində silahlı insident - Şok

Bir müddət əvvəl Bakıda Vergilər Nazirliyinin binasını atəşə tutan şəxs saxlanılıb. "Aznews.az"ın əldə etdiyi məlumata görə, hadisə təqribən 2 həftə əvvəl baş verib.

Bir neçə il nazirlikdə Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışmış Samir adlı bu şəxs gecə saatlarında nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutub. Buna səbəb kimi onun uzun çalışdığı vəzifəsindən gözləmədiyi halda azad edilməsi göstərilir.

Məlumata görə, həmin şəxsin qardaşı da Vergilər Nazirliyində işləyib. Hadisədən ötən müddət ərzində gizlənməyə müvəffəq olan şəxs 4 gün əvvəl saxlanılıb. Hazırda işin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Hələlik şəxsin müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edir.

Xəbəri dəqiqləşdirməkdən ötrü sayt Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. E.Sultanov yalnız araşdırma apardıqdan sonra cavab veriləcəyi bildirilib, daha sonra isə "Baş Prokurorluğun Mətbuat Xidmətində bu barədə məlumat yoxdur" deyə bildirib.

Tarix
2013.12.16 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevə sual: Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz?

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla