Yuxarı

Allahşükür məscidinin açılış mərasimi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahşükür məscidinin açılış mərasimi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında yubiley mərasimi keçirilib. Yubiley tədbirləri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ordubad rayonunun Dırnıs kəndində yeni inşa olunmuş “Allahşükür məscidi”nin açılış mərasimində iştirak edib.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, məscidə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini icmaların dövlət qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi verilib. Sənəd Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.

Məscid “Allahşükür məscidi” dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək. Naxçıvan Muxtar Respublikasının Tarix və mədəniyyət abidələrinin reyestrində 4/308 saylı qeydiyyat kartında istifadədə olan və ölkə miqyasında mühafizə olunan memarlıq abidəsi kimi göstərilən məscidin memarlıq kompozisiyası, qısa təsviri əksini tapır. Göstərilir ki, Ordubad rayonunun Dırnıs kəndinin gözəl mənzərəyə malik hündür ərazisində yerləşən məscid zal, zalın arxa tərəfində minarə, sağ, sol və arxa tərəflərdə köməkçi otaqlardan ibarətdir. 15x14 metr ölçülərdə olan məscid binasının 19,6 metr hündürlüyündə və diametri 2 metr olan dəmir-beton minarəsi var. Məscidin ərazisinin hündür konusvarı təpəlik olması onun bədii görkəminə bir monumentallıq gətirir.

Məscidin layihələndirilməsi zamanı əsasən milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın qərb fasadında milli memarlığımızın vacib elementi olan baş portal yerləşdirilib və portal Möminə Xatun türbəsinin özünəməxsus memarlıq tağı və ornamentləri ilə bəzədilib.

Tarix
2019.12.19 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla