Yuxarı

Polislərimiz üçün yeni maşınlar gətirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polislərimiz üçün yeni maşınlar gətirildi - Foto

Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və dövlət yol polisi (DYP) əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər Bakıya gətirilib.

Report-un əməkdaşının verdiyi xəbərə görə, "Azadlıq" meydanında düzülən avtomobillərə sabah baxış keçiriləcək və sonra istifadəyə veriləcək.

Məlumata görə, PPX əməkdaşları üçün yeni "Fiat Doblo", DYP əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər gətirilib. Eyni zamanda, saxlanılan şəxslərin daşınması üçün də avtomobillər gətirilib. "Mercedes Sprinter" markalı maşınlarda meyit daşımaq da mümkündür.

DYP əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsilə izləyə bilər

Tarix
2015.02.09 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla