Yuxarı

Gəncədə poçt əməkdaşına basqın edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə poçt əməkdaşına basqın edildi

"Azərpoçt" MMC-nin Gəncə Regional Poçt filialının sürücüsünə silahlı basqın edilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə fevralın 9-da saat 19 radələrində şəhərin Səbuhi Xasayev küçəsində, Regional Poçt filialının 3 saylı şöbəsinin qarşısında baş verib.

Şəhər sakini, poçtun əməkdaşı Tofiq Rüstəmov "VAZ 2106" markalı avtomobili ilə poçtun inkassatorunu 3 saylı filialdan pulları aparmaq üçün ora aparıb. Avtomobilində inkassatoru gözləyən sürücü qəfildən təxminən 30-35 yaşlarında olan şəxsin basqınına məruz qalıb. Silaha oxşar bir alətlə T. Rüstəmovun baş və sifət nahiyəsinə zərbələr endirən şəxs ondan pulları tələb edib. Avtomobildə pulun olmadığını görən maskalı hadisə yerindən qaçıb. Xəsarət alan T. Rüstəmov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərdikdən sonra evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Tarix
2015.02.10 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla