Yuxarı

Metropolitendə qəzet satışı bərpa oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropolitendə qəzet satışı bərpa oluna bilər

"Bakı Metropoliteni" QSC son günlər aktual olan bir sıra məsələlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Yeni Müsavat-a "Avtovağzal" stansiyasının açılışı, qatarlarda yaranan nasazlıq, ticarətin bərpası, "Azadlıq" stansiyasında çökmə təhlükəsi və yeni vaqonların gətirilməsindən danışdı.

Qeyd edək ki, uzun zamandır "Azadlıq" stansiyasının divarlarında yaranmış çatlar, yağış yağan zaman özünü daha yaxşı büruzə verir. Çünki həmin çatlardan içəri su damcıları axmağa başlayır. Həmin anları öz mobil telefonu ilə qeydə alaraq, bizə göndərən oxucularımızdan biri öz fikirlərini əlavə edib: "Yağış yağan gün "Azadlıq prospekti" stansiyasına girdim. Divardakı çatlardan axan suyu görəndə qorxuya düşdüm. Çünki bilirəm ki, divar nə qədər möhkəm olsa da, su axdığı yeri yuyur. Ona görə də hər an çökmə ola bilər.

"Azadlıq prospekti" stansiyasının bu duruma düşməsinin iki səbəbi var. Bunlardan biri səriştəsiz görülən tikinti işləridirsə, digəri metro stansiyasının tam üzərində tikilən ticarət mərkəzidir. Belə ki, "Şərur" MTK-nın tikdiyi ticarət mərkəzi metro stansiyasının tam üzərindədir. Bu da stansiyada çatların əmələ gəlməsinə səbəb olub".

Metro ilə bağlı daha bir aktual məsələ keçidlərdə ticarətin bərpasıdır. Onu da bildirək ki, ticarət bərpa olunsa da, əvvəlki kimi keçidlərdə paltarların satışı mümkün olmayacaq. Bu obyektlərdə gül, kitab və bu kimi məhsulların satılmasına icazə veriləcək. Lakin konkret hansı məhsulların satılması ilə bağlı hələ ki tam yekun qərar verilməyib. Ancaq bu köşklər sərnişinlərin hərəkətinə mane olmayan yerlərdə qurulacaq.

Son zamanlar Bakı metrosunda vaqonların qapılarında ciddi problemlər özünü büruzə verir. Belə ki, bəzi vaqonların qapıları açılmır, qapılardakı bu nasazlıq qatarlar arasında intervalın pozulmasına gətirib çıxarır. Metropoliten isə bu məsələdə sərnişinləri günahlandırır. Çünki qapıları bağlanmağa qoymurlar.

N.Paşayev açıqlamasında qeyd etdi ki, "Avtovağzal" stansiyasının açılışı 2015-ci ildə nəzərdə tutulub. Onun sözlərinə görə, stansiyanın konkret hansı ayda istifadəyə veriləcəyi dəqiqləşməyib. Metropoliten sözçüsü vurğuladı ki, "Azadlıq" stansiyasında hər hansı çökmə təhlükəsi yaranmayıb: "Sadəcə, metro yaxınlığındakı park çöküb və bunun metropolitenə aidiyyəti yoxdur".

Metro keçidlərində ticarətin bərpasından danışan qurum rəsmisi bildirdi ki, kitab mağazalarında qəzet satışı sahibkarların özündən asılı olacaq. O, kitab mağazasında qəzet satılacağı halda metropolitenin razılığı olub-olmayacağının hələ müzakirə edilmədiyini açıqladı. N.Paşayev qatarlarda nasazlığın əvvəlki dövrlə müqayisədə azaldığını da söylədi. Onun sözlərinə görə, ötən ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında nasazlıq üç dəfə azalıb: "Metro qatarlarında nasazlıqlar yarana bilər. Qatarlar sutka ərzində 16-18 saat hərəkət edir və hər hansı texniki problem çıxa bilər, qapılar gec açıla bilər. Ancaq dərhal bu nasazlıq aradan qaldırılır". N.Paşayev istifadədə olan vaqonların istismar dövrünün bitmədiyini, yenilərinin gətirildiyini dedi və bundan sonra yeni vaqonlar olacağını istisna etmədi.

Tarix
2015.02.10 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

İlham Əliyevin ikinci qələbəsi: sülhə gedən yol

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla