Yuxarı

Polis bölməsinin qarşısında bıçaqlanma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis bölməsinin qarşısında bıçaqlanma

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Report xəbər verir ki, Masallı rayon sakini 37 yaşlı Cavad İbrahimov tanışı tərəfindən bıçaqlanıb.

Hadisə Suraxanı Rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin (PB) qarşısında baş verib. C.İbrahimov həmin ərazidə yerləşən kafelərin birində tanışı ilə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.

Tanışlar mübahisəni bölmənin yaxınlığındakı ərazidə davam etdiriblər. Nəticədə, C.İbrahimov hələlik istintaqa məlum olmayan tanışı tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 32-ci PB-nin əməkdaşları cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Tarix
2015.02.10 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla