Yuxarı

Tələbələrimiz ABŞ ali məktəblərində təhsil alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələrimiz ABŞ ali məktəblərində təhsil alacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Kolumbiya Universitetində təhsil alacaq.

Universitetdən Axar.az-a verilən məlumata görə, Universitetlə ABŞ-ın Kolumbiya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Ancaq müqaviləyə əsasən, heç də bütün tələbələr bu fürsətdən yararlana bilməyəcək. Belə ki, ADİU-nun tələbələrindən hər semestr ancaq 25 tələbə bu imkandan faydalana biləcək. Kolumbiya Universitetində təhsil alacaq tələbələrin yüksək təhsil göstəriciləri 71 baldan yuxarı, ingilis dili biliyi isə yüksək səviyyədə olmalıdır.

Universitetlər arasında imzalanan müqaviləyə görə, ADİU tələbələri Kolumbiya Universitetində ancaq bir semestr təhsil almaq imkanı əldə edəcəklər. Həmçinin altı həftəlik yay məktəblərində də iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, tələbələrin təhsil haqqı da güzəştli olacaq.

Tarix
2015.02.10 / 19:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezident Laosun yeni səfirini qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla