Yuxarı

Bakıda polis-sürücü ünsiyyəti kəsiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polis-sürücü ünsiyyəti kəsiləcək

Yol polisi radara görə sürücünü saxlamayacaq. Artıq polislə sürücü arasında ünsiyyətə son qoyulur.

Axar.az-ın xəbərinə görə, Bakıya yeni gətirilən BMV markalı Yol Polis Xidməti avtomobillərinə yerləşdirilən kameraların funksiyası bu əlaqənin kəsilməsinə səbəb olacaq. Yeni polis maşınlarının 6 kamerası var.

3 kamera ön, 2-si yan və bir kamera isə arxa hissəni çəkir. Kameraların hər biri videomüşahidəni yerinə yetirir. Yeni avtomobillər nömrə tanımaq sisteminə və radar funksiyasına malikdir.

Axtarışda olan nəqliyyat vasitəsini avtomatik olaraq özü müəyyən edir və bort-kompüterə məlumat ötürür. Kamera radar funksiyası ilə sürət həddini aşan avtomobili avtomatik olaraq qeydə alır və mərkəzi informasiya sisteminə ötürür.

Yeni YPX avtomobillərinin kameraları foto çəkmək qabiliyyətinə malikdir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sifarişi ilə 750-dən artıq yeni polis maşını Azərbaycanda istismara verilib.

Tarix
2015.02.11 / 11:27
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla