Süni intellekt onları işsiz qoyacaq - Qorxmaq lazım deyil
07:00
| Ana səhifə Toplum |
|
"Koroğlu" metrosunun yaxınlığındakı körpünün konstruksiyası dəyişdirilə bilər.
Axar.az-ın xəbərinə görə, "intihar körpüsü" kimi ad çıxaran yol qovşağının giriş-çıxış yerlərinin yenidən qurulacağı gözlənilir. Son aylar ardıcıl olaraq intihar etmək istəyənlərin bu körpüyə çıxması konstruksiya işlərinin aparılması planını gündəmə gətirib.
Yenilənmə işləri aparılacağı halda vətəndaşların körpüyə çıxıb intihar etməsi mümkün olmayacaq. Hazırda körpüdə polis postu yaradılıb.
Qeyd edək ki, bu körpü Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağıdır.
|
Tarix
2015.02.11 / 12:22
|
Müəllif
Emin Aslanlı
|