Yuxarı

“Sabah” qrupu: fənnin tədrisi niyə dayandırıldı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah” qrupu: fənnin tədrisi niyə dayandırıldı?

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti Sərvər Süleymanlının dərs dediyi "Sabah" qrupundakı fəaliyyəti dayandırılıb.

Bu barədə Axar.az-a S.Süleymanlının tələbələri məlumat veriblər. Onların sözlərinə görə, əmək müqaviləsi qüvvədə olduğu halda maraqlı şəxslərin sirafişi ilə S.Süleymanlının mülki hüquq dərsinə girməsi dondurulub. Hazırda "Sabah" qrupunun tədris planında mülki hüquq dərsləri olsa da, tələbələr S.Süleymanlının uzaqlaşdırılması səbəbilə dərsdən məhrum olublar.

Məsələ ilə əlaqədar Bakı Dövlət Universitetinin mətbuat xidməti və informasiya şöbəsindən Axar.az-a bildirdilər ki, "Sabah" qruplarında dərs deyən müəllimlərin seçilməsi və fəaliyyətlərinin dayandırılması Təhsil Nazirliyinin səlahiyyətindədir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli isə bu məsələ ilə bağlı sualımıza yalnız araşdırma aparıldıqdan sonra cavab veriləcəyini qeyd etdi. Ünvanladığımız sualdan iki gün ötməsinə baxmayaraq, hələlik nazirliyin rəsmi cavabı yoxdur.

Tarix
2015.02.11 / 15:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla