Yuxarı

Sabir Rüstəmxanlı: "Şahbaz Xuduoğlu da xəsarət alıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı: "Şahbaz Xuduoğlu da xəsarət alıb"

"Yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb".

Bunu APA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Ş.Xuduoğlu da xəsarət alıb: "Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq".

Qeyd edək ki, bu gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda 90 LB 944 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun" Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.

Tarix
2015.02.11 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla