Yuxarı

Ticarət mərkəzi yer pulunu ləğv etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ticarət mərkəzi yer pulunu ləğv etdi

"Sədərək" ticarət mərkəzində bir aylıq yer haqları ləğv olunub.

Axar.az-a yarmarkadan verilən məlumata görə, alıcılıq qabiliyyətinin aşağı düşməsi ticarətçiləri müflisləşmə həddinə çatdırıb. Bazar rəhbərliyi də onlara bir aylıq icarə pulunu güzəşt edib.

Rusiyada rublun dəyərdən düşməsi bazarın əsas alıcıları olan Şimali Qafqaz tacirlərinin işini zəiflədib. Ona görə də "Sədərək" rəhbərliyi gedişatı nəzərə alıb. "Laçın" ticarət mərkəzində isə yer haqları 40 manat artırılıb.

Tacirlərin sözlərinə görə, yanvardan qiymətlər qalxıb. Hər kvadratına əvvəllər 80 manat ödəyən sahibkarlar indi 120 manat ödəməli olacaqlar. Obyekt sahiblərinin narazılığı ilə qarşılanan bu qərarın səbəbi açıqlanmır. Qeyd edək ki, paytaxtın alış-veriş mərkəzlərində durğunluq müşahidə olunur. Heç zaman olmadığı qədər müştəri qıtlığının yarandığı bildirilir.

Tarix
2015.02.11 / 23:58
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla