Yuxarı

Sürücülər, diqqət: DYP hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülər, diqqət: DYP hərəkətə keçdi

"Sürücülərə tövsiyə edirəm ki, hərəkət qaydalarını daha yaxşı öyrənsinlər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırlanan milli strategiya sayəsində sürücülər üçün intizamsızlıq həlqəsinin daraldığını bildirib:

"Bir müddət əvvəl ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya hazırlanması barədə məlumat vermişdim. Bu sənəddə əsas hədəflərdən biri yol hərəkətinə nəzarət üçün müxtəlif texniki vasitələrin artırılması, onların təkmilləşdirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsidir. DYP üçün gətirilmiş yeni avtomobillər bu istiqamətdə növbəti mərhələdir. Ona görə də sürücülərə tövsiyə edirəm ki, hərəkət qaydalarını daha yaxşı öyrənsinlər və ən başlıcası, onlara riayət etsinlər. İntizamsızlıq həlqəsi daralır..."

Qeyd edək ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırlanan milli strategiyada yol infrastrukturunun yaxşılaşdırılması, sürücülərin maarifləndirilməsi, sərxoşluqla mübarizə və digər məsələlər yer alıb.

Xatırladaq ki, ötən gün 400 ədəd yeni və müasir avadanlıqlarla təchiz edilmiş BMV (5-ci seriya) markalı avtomobillər DYP əməkdaşlarının istifadəsinə verilib.

Tarix
2015.02.12 / 08:15
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla