Yuxarı

Ləğv edilmiş komitəyə rüşvət ittihamı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ləğv edilmiş komitəyə rüşvət ittihamı

Göyçayın Cəyirli kənd sakini Rahim Feyzullayev Axar.az-a müraciət edib. R.Feyzullayev prezidentin sərəncamı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsindən şikayətçidir. R.Feyzullayev yazır ki, rayon torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay Rayon İcra Qrupu ona ziyan vurub:

"Göyçay Rayon Aqrar İslahatlar Komissiyasının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 hektar torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satıb.

Uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edildi. Bu sahənin özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisad Məhkəməsi 25.11.2014-cü il tarixdə qərar çıxardı".

Vətəndaş bildirir ki, Şəki İnzibati-İqtisad Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanuni qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq, Göyçay rayon İcra Qrupu məhkəmə qərarını icra etmir:

"Hətta torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, mən torpağı qaytarmayacağam, çünki torpağı Nofəl Fərzəliyevə pul verib almışam".

Şikayətçi hökumətdən kömək gözləyir:

"Uzun illərdi torpağımızın zəbt olunmasına görə əkib-becərə bilmirik. Sevindik ki, məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq məhkəmə qərarı icra edilmir.

Biz bu barədə Ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik. Mən mətbuat vasitəsi ilə cənab nazirə müraciət edirəm ki, məhkəmənin ədalətli qərarının icrasında bizə yardım etsin".

Tarix
2015.02.12 / 10:37
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla