Yuxarı

Dövlət müsadirə etdi: Komitə hərraca çıxarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət müsadirə etdi: Komitə hərraca çıxarır

Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılacaq dövlət xeyrinə müsadirə edilmiş əmlakın adını açıqlayıb.

Axar.az xəbər verir ki, hərraca çıxarılacaq müsadirə edilmiş əmlak arasında üstünlüyü müxtəlif markalı mobil telefonlar təşkil edir.

Mobil telefonlardan başqa, hərracda "Etrex Garmin" markalı GPS naviqatoru, "Amur" tipli alüminium qayıq, sayrışan işıq və çoxavazlı səs siqnalları, "Səpənd" tipli "Honda CD 125" modelli motosiklet, "Mariner-75" markalı asma qayıq mühərrik və rəst at da var. Hərracda ən bahalı məhsul "Mariner-75" markalı asma qayıq mühərrikidir ki, bunun da start qiyməti 600 manatdan başlayır. Hərraca çıxarılacaq rəst atın ilkin start qiyməti isə 150 manatdan başlayır.

Qeyd edək ki, hərrac 17 fevral tarixində saat 10.30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilər.

Tarix
2015.02.12 / 14:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla