Yuxarı

Piyadanı öldürən “Kamaz” sürücüsü tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piyadanı öldürən “Kamaz” sürücüsü tutuldu

Yolu keçmək istəyən piyadalardan birinin ölümünə, digərinin ağır yaralanmasına səbəb olan "Kamaz"sürücü haqqında cinayət işi açılıb.

Prokurorluqdan Axar.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub.

Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində "Kamaz" markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurması nəticəsində sonuncunun hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alması faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.02.12 / 15:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla