Yuxarı

Yevlaxdakı silahlı dəstədən cəbbəxana çıxdı – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlaxdakı silahlı dəstədən cəbbəxana çıxdı – Siyahı

Ötən gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Yevlax polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanan silahlı dəstə üzvlərinin adı açıqlanıb.

Axar.az xəbər verir ki, həbs olunan Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1,5 kiloqram marixuana, Səbuhi Məmmədovdan 1,2 kiloqram marixuana, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1,1 kiloqram marixuana, Elxan Hüseynovun evindən TT markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən AKSU markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2,4 kiloqram marixuana, Arif Bəkirovun evindən 2,2 kiloqram marixuana və 11 qram tiryək aşkar edilib.

Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, dəstənin başçısı Əlövsət Musayevdir. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan və 70-ə yaxın yaşı olduğu bildirilən Ə.Musayevin bir daha azadlığa çıxmayacağı ehtimal edilir.

Xatırladaq ki, cinayətkar silahlı dəstə sahibkarlardan hədə-qorxu ilə pul tələb edirlərmiş.

Hazırda həbs olunanlar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirilib.

Tarix
2015.02.12 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla