Yuxarı

Ən çox şikayət edilən tikinti şirkətləri – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox şikayət edilən tikinti şirkətləri – Siyahı

Azərbaycan Prezident Administrasiyasına vətəndaşlar tərəfindən daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır.

Report-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında bildirib.

Şöbə müdiri qeyd edib ki, əvvəlki illərə nisbətən 2014-cü ildə belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir: "Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər. Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olub. Vətəndaşlar "İnşaatçı-GM", "Qolden", "Azərtikinti ATF", "İdeal-İnşaat", "Şahbulaq", "Abşeron-1", "A.E.K", "Xəmsə İnşaat", "Qaraçay", "Bios", "Bəyaz", "Dərəçiçək", "Meqa-siti Holdinq", "Elita-R", "Gənc", "AAF-İnşaat", "R+R", "Birlik inşaat", "Ulduz", "FOLKLOR", "ABC", "Fuad LTD", "Kamran", "Safari-N", "Yeni Yasamal", "Effekt İnşaat", "Ələsgəroğlu", "AENT-E", "HAYAN-E", "Klass Azko", "Badu Kubə", "Olimpus-AZ", "Cənnət", "Xəmsə" və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər".

Tarix
2015.02.13 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla