Yuxarı

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piyadanı öldürüb qaçan sürücü tutuldu

Yolu keçmək istəyən piyadanın ölümünə səbəb olan sürücü həbs olunub.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.

Belə ki, fevralın 12-də saat 20:00 radələrində rayonun Sabunçu qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq piyada - 1972-ci il təvəllüdlü Həsənov Mahir Qılıncxan oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "İsuzu" markalı 90 RJ 463 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1963-cü il təvəllüdlü Səmədov Yusif Əsgər oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.02.13 / 15:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla