Yuxarı

“119” əlillərə iş yeri təklif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“119” əlillərə iş yeri təklif etdi

Fiziki qüsurlu və əlil şəxslər üçün yeni iş yerləri təklif edilir.

Axar.az xəbər verir ki, "119 Məlumat və Xidmət Mərkəzi" məhdud fiziki imkanlı insanların cəmiyyətə inteqrasiyası üçün belə bir addım atıb. Mərkəz bu problemin həlli məqsədilə fiziki qüsuru olan şəxslərə operator vəzifəsində iş yerlərinin açılmasını elan edir.

Mərkəzdən Axar.az-a bununla bağlı verilən əlavə məlumata görə, işləmək istəyən fiziki qüsurlu şəxslərin müraciəti artıq başlayıb. Mərkəzdən bildirirlər ki, müraciət edənlərdən əksəriyyəti oğlanlardır:

"Yaş məhdudiyyəti qoyulmayıb. Əlilliyi olan və istənilən yaşda olan şəxslər bizə müraciət edə bilərlər. Hazırda iş üçün müraciət edənlər adətən 25-40 yaş arasında olan şəxslərdir. Əmək haqqı cavab verilən zənglərin sayından asılı olaraq təyin olunacaq. Hələlik bu barədə dəqiq məlumat vermək bir qədər çətindir".

Əlilliyi olan şəxslərin görəcəyi iş isə daxil olan zənglərin cavablandırılmasıdır. Bu da xüsusi proqram vasitəsi ilə həyata keçiriləcək ki, onlar bu işi evdən də apara biləcəklər:

"İşə başlamazdan əvvəl isə bizim məşqçilər tərəfindən treninqlər keçiriləcək".

Tarix
2015.02.13 / 18:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla