Yuxarı

Lənkəranda itən balıqçılar hələ də tapılmayıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda itən balıqçılar hələ də tapılmayıb - Foto

Fevralın 12-də Lənkəranın Nərimanabad qəsəbəsində qayıqla balıq ovuna çıxan iki nəfər itkin düşüb.

Axar.az-a bölgədən verilən məlumata görə, qəsəbə sakini 22 yaşlı İbrahim Məmmədov və 32 yaşlı Ceyhun Mahmudov dənizə çıxıblar və geri qayıtmayıblar. Havanın küləkli olduğunu görən o biri balıqçılar geri qayıtsalar da, onlar dənizdə qalıblar.

İtkin düşmüş balıqçıların axtarışına motorlu qayıqlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi də cəlb olunub. Havanın küləkli olması xilasedicilərin işini çətinləşdirib. Xilasedicilərlə yanaşı, qəsəbə sakinləri də axtarışda iştirak edirlər. Axtarışlar davam edir.

Qeyd edək ki, hər il Lənkəranda balıqçılar dənizdə itkin düşür. Nərimanabad rayonun balıqçılar qəsəbəsi kimi tanınır. Dörd yanı su ilə əhatə olunmuş qəsəbə əhalisinin yeganə dolanışıq mənbəyi balıqçılıqdır. Bir neçə il əvvəl balıq ovuna məhdudiyyətə görə qəsəbədə iğtişaşlar baş vermişdi.

Tarix
2015.02.13 / 23:23
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla