Yuxarı

Nazir BDYPİ-ni sərəncama göndərdi: nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir BDYPİ-ni sərəncama göndərdi: nə baş verir?

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin (BDYPİ) bütün şəxsi heyətini sərəncama götürməsi qeyri-adi bir şey deyil. Bu, aparılan islahatların davamı ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, belə olan halda polis alayı öz vəzifəsinin icrasına davam edir:

“İdarənin sərəncama götürülməsi o demək deyil ki, BDYPİ-nin bütün heyəti işdən azad olunub. Yol polislərinin hamısı hər gün işə gəlir və işinə davam edir. Ola bilsin ki, müəyyən dəyişikliklər edilsin. Bildiyim qədərilə, idarə rəisi, müavinləri, alay komandiri, alayın şəxsi heyəti yerindədir və xidmət göstərməyə davam edirlər. Çünki yol polisi elə bir sistemdir ki, hərəkətin dəyişikliyinə və təhlükəsizliyinə nəzarət vaxtlı-vaxtında olmalıdır. Sadəcə olaraq, idarə heyətinin kabinetdə oturan əməkdaşları sərəncamdadır. Yaxın günlərdə bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib. Əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.

Tarix
2020.01.13 / 15:31
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün... – Kombos

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla