Yuxarı

Nazir jurnalistlə görüşdü, dərhal tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir jurnalistlə görüşdü, dərhal tapşırıq verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Anar Məmmədov özü məlumat yayıb. O bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən “vəhşicəsinə döyülməsi” barədə yayılmış məlumatlarla bağlı dinləyib:

“Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim... Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq. Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin”.

A.Məmmədov əlavə edib ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.

Tarix
2020.01.13 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla