Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2020

Axar.Az Logo carnation



Bu hadisələri ermənilər onların göstərişi ilə törədib - Tarixçi alim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təbliğatı ildən-ilə Bakı və Sumqayıt hadisələri barədə dünya ictimaiyyətinə öz uydurulmuş versiyasını sırımaqda davam edir. Bu baxımdan bu il də istisna olmadı. Tarixi faktları saxtalaşdırmaqla onlar anti-Azərbaycan kampaniyasını işə salıb və yenidən dünya ictimaiyyətini çaşdırmağa səy göstərir.

Axar.az xəbər verir ki, həmin dövrün real hadisələri barədə Qafqaz tarixi Mərkəzinin direktoru, azərbaycanlı tarixçi alim Rizvan Hüseynov Trend-ə danışıb.

O bildirib ki, ermənilər Bakıda 1990-cı il yanvar hadisələrindən danışarkən hiyləgərlik edir, çünki bu hadisələrdən əvvəl bir çox hadisələr və təxribatlar baş verib:

“Əgər onlar Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırsa, o zaman azərbaycanlıların Ermənistan ərazisində qırğınları və qovulmasının başladığı 1987-1988-ci illərə qayıtmaq lazımdır. Məhz həmin dövrdə Qafan, Quqark və Ermənistanın digər ərazilərində vəhşiliklər törədilib, azərbaycanlılar qovulub və öldürülüb. 1987-ci ilin sonu – 1988-ci ilin əvvəllərində qaçqınların birinci dalğası Azərbaycanın iri şəhərlərinə, Bakı, Gəncə və Sumqayıta axdı. Hər şeyini itirmiş insanlar yekunda Qarabağ münaqişəsinin böyüməsinə gətirib çıxaran hadisələrin katalizatoru oldu.

Bu, tamamilə DTK tərəfindən törədilmiş təxribat idi və millətçilər, konkret desək, Ermənistanın yüksək vəzifəli şəxsləri tərəfindən törədilib. Onlar azərbaycanlıların qovulmasında iştirak etdi və bununla da erməni millətçilərini bu cür vəhşiliklərə ruhlandırdılar. Bu mənzərəni bütün SSRİ izləyirdi, Qorbaçov hakimiyyəti faktiki olaraq bu hadisələri qızışdırırdı və Azərbaycan tərəfini cavab tədbirləri görməyə vadar edirdi. Həmin dövrdə, Sumqayıt hadisələri ərəfəsində hansısa yolla bütün SSRİ-dən kriminal “avtoritet”lərin böyük qrupu bu şəhərdə peyda oldu. Onları ora kimin gətirdiyi də aydındır, çünki ittifaq rəhbərliyi olmadan bu əməliyyat baş tutmazdı. Nəticədə şəhər iflic oldu və bundan sonra erməni Eduard Qriqoryan, onun qardaşları və digər ermənilərin başçılığı ilə iğtişaşlar baş verdi. Millətçilər erməniləri döyür, öldürür və zorlayırdı və bu təxribatın məqsədi Azərbaycan ərazilərinin gələcək işğalı və Azərbaycan xalqına qarşı aqressiyası üçün əsas yaratmaq idi”.

Tarixçi xatırladıb ki, Sumqayıt hadisələrindən dərhal sonra sovet və xarici KİV-lərdə Azərbaycana qarşı qarayaxma kampaniyası başladı:

“Bundan sonra Qarabağda hadisələr təhlükəli istiqamətdə inkişaf etməyə başladı. Erməni separatçıları Qarabağı Azərbaycandan ayırmağa cəhd göstərdilər. Azərbaycanın o vaxtkı rəhbərliyinin fəaliyyətsizliyi fonunda vəziyyət təhlükəli xarakter alırdı. Faktiki olaraq 1988-ci ildən milli-azadlıq hərəkatı başladı və bunun piki 1990-cı il yanvar hadisələri oldu. Hadisələrin bütün ciddiliyini başa düşən Mərkəz erməni “poqrom”ları təşkil etdi ki, bununla Bakıya qoşun yeritməyi əsaslandırsın. Beləliklə, sovet şəhəri Bakıya müharibə elan olundu, buraya müharibə vaxtı Əfqanıstana yeridilmiş qoşunla müqayisə oluna biləcək qoşun daxil edildi. Birmənalı şəkildə Azərbaycan xalqına müharibə elan olunmuşdu. Reallıq bundan ibarətdir. Ona görə də əgər erməni KİV-ləri, jurnalistləri, Ermənistan hakimiyyəti məhz Azərbaycanda hər vəchlə milli-azadlıq hərəkatının qarşısının alınmağa çalışıldığını və bunda məzh erməni millətçi və təxribatçılarının böyük rol oynadığını başa düşmürsə, onlar sadəcə kordur. Hesab edirəm ki, “poqrom” və iğtişaşlarla, 20 yanvar hadisələri ilə nəticələnmiş bu dövr Azərbaycanda milli-azadlıq hərəkatının qarşısının alınmasına yönəlmiş erməni tərəfinin və ittifaq mərkəzinin təxribatlar zəncir idi”.

Tarix
2020.01.13 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kirayə yolla satılan mənzillərin - Qiyməti

Prezident: Bu, qəhrəmanlıq səhifəsidir - Foto

"Yerusəlim Post" Qara Yanvardan yazdı - Dönüş nöqtəsi

İranda daha bir azərbaycanlı qadın... - Məhkəmə

Mehriban Əliyevadan 20 Yanvarla bağlı - Paylaşım

Paşayeva Tovuzda 20 Yanvar tədbirinə qatıldı - Foto

Qanlı yanvar: 30 il ötdü - Foto

20 Yanvar gerçəkləri: Bakı bu addımı ata bilər

Nərmin olayı: Əsl qatil tutulub, yoxsa?.. – Həsənquliyev

Qonşusunun tanımadığı adam seçkiyə qoşulub - BAXCP sədri

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla