Yuxarı

Zakir Həsənov hərbi şəhərciklərdə - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov hərbi şəhərciklərdə - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadan xəbər verir ki, fevralın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdən birinin ərzisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxana və geniş sıra meydanı ilə tanış olublar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.

Yeni salınan digər hərbi şəhərciyə baş çəkən Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.

Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də inşa edilir.

Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Tarix
2015.02.14 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla