Yuxarı

Sumqayıt yolu tıxacı necə aradan qaldırılacaq? – Sədr açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yolu tıxacı necə aradan qaldırılacaq? – Sədr açıqladı

Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər kilometri 778 min manata başa gəlməlidir.

Axar.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün YAP qərargahında ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər:

“Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm çox artıb və Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Təbii ki, bu avtomobillərin hamısı Bakının mərkəzinə gəlmir. Ona görə də indiyədək görülən işlər müəyyən qədər problemin həllinə yardım edib”.

Sədr onu da qeyd edib ki, bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub.

S.Məmmədov deyib ki, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir:

“Yolların keyfiyyətli olması sürətə də təsir edir”.

Tarix
2020.01.15 / 12:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla