Yuxarı

"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqladı

Azercell Telekom MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub.

Axar.az xəbər verir ki, Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan Azercell “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri Azercell Telekom MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.01.15 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla