Yuxarı

Abıyevin örüş probleminə - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abıyevin örüş probleminə - Cavab

Daşkəsənin icra başçısı Əhəd Abıyevin bir müddət əvvəl qaldırdığı problem həllini tapıb.

Axar.az-ın xəbərinə görə, icra başçısı rayona aid örüş sahələrinin qonşu bölgələrə verilməsindən narazılıq edərək Nazirlər Kabinetinə müraciət göndərib.

Otlaq sahələrindən düzgün istifadə olunmaması və örüş sahələrinin Daşkəsənin tərkibinə qaytarılması barədə Baş nazir Artur Rasizadəyə müraciətdən sonra qərar verilib.

Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov qeyd edib ki, daxil olan bəzi şikayətlərdə vətəndaşlar şəxsi təsərrüfatlarında saxladıqları mal-qara üçün örüş yerlərinin ayrılmamasından narazılıq edib.

Ümumi örüş yerlərindən başqa məqsədlər üçün istifadə edilməsi, onların yerli bələdiyyələr və icra nümayəndələri tərəfindən kənar şəxslərə verilməsi, həmin ərazilərdə kənd təsərrüfatı bitkilərinin əkilməsi barədə məlumat verilib. Siyahıda Zaqatala, Sabirabad, Salyan, Tovuzla yanaşı Daşkəsənin də adı çəkilir.

Ə.Abıyev musavat.com-a müsahibəsində Daşkəsənin örüş sahələrinin qonşu rayonların tərkibində olduğunu vurğulamışdı.

Tarix
2015.02.15 / 14:32
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla