Yuxarı

Şamaxıda bu kəndin cəmi bir sakini var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda bu kəndin cəmi bir sakini var - Video

“Oba köçüb, yurdu qalıb” atalar məsəlini indi haqqında bəhs edəcəyimiz kəndə şamil etmək olar.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Şamaxıda yerləşən Acıdərə kəndinin cəmi bir sakini var.

Kənd sakini Alı Nəhmətov uzun illər əvvəl bura köçüb. Onun sözlərinə görə, o, bu kəndə gələndə bu qədər tənha yaşayacağını düşünməyib.

Pirsaat çayının sahilində yerləşən Acıdərə kəndində bu günə qədər yaşayan insanlar köçəri həyat sürüb, bir müddət sonra burdan ayrılıblar. Kənd ərazisi dağlıq və düzənlikdən ibarətdir.

Üç övladı olan A.Nəhmətovun ailəsi ay ərzində bir-iki dəfə onu ziyarət edir, yeməyini bişirir, evini təmizləyir. Bütün çətinliklərə baxmayaraq, o, burda özünü xoşbəxt hiss edir. Onun ən böyük arzusu gələcəkdə Acıdərə kəndində evlərin və sakinlərin sayının artmasını görməkdir.

Tarix
2020.01.17 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla