Yuxarı

Azərbaycanda vulkan püskürüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vulkan püskürüb

Bu gecə Azərbaycanın Şabran rayonu ərazisində vulkan püskürməsi baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib ki, bu barədə onlara da məlumat daxil olub.

Onun sözlərinə görə, hazırda Geologiya İnstitutunun işçiləri həmin əraziyə göndərilib, ərazidə müvafiq araşdırmalar aparılacaq. A. Əliyev qeyd edib ki, hazırda vulkanın nə qədər ərazini əhatə etməsi, neçə saat davam etməsi barədə dəqiq məlumat yoxdur: "Sadəcə rayondan xəbər verilib ki, həmin ərazidə püskürmə olub. İndi aydınlaşdırmaq lazımdır ki, bu vulkan püskürməsidir, ya yox. Məlumatın düzgün və ya səhv olacağı araşdırmalardan sonra məlum olacaq. Hərdən əhali tərəfindən yanlış məlumatlar da bizə daxil olur. Ona görə də müvafiq araşdırmalar aparmaq lazımdır ki, həmin ərazidə baş verən palçıq vulkanı püskürməsidir, yoxsa başqa hadisədir. Hazırda tam məlumat yoxdur. Bütün araşdırmaları apardıqdan sonra hadisə barədə dəqiq məlumat vermək mümkün olacaq" (APA).

Tarix
2013.12.17 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla