Yuxarı

Çingiz Qənizadə görüşlərini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatlığa namizəd Çingiz Qənizadə 80 saylı dairəyə daxil olan İmişli rayonunun Boşçalılar, Buludlu və Sarıxanlı kəndlərində görüşlər keçirib.

Modern.az xəbər verir ki, Çingiz Qənizadə bir daha özü haqqında məlumat verib. Qarşıda duran vəzifələrdən danışıb. Növbəti çağırış zamanı seçiciləri ona səs verərlərsə və seçərlərsə, növbəti 5 ildə də İmişli rayonunun sosial-iqtisadi inkişafının artırılmasında, kəndlərdə olan müəyyən problemlərin həll olunmasında aktiv iştirak edəcəyinə, Milli Məclisdəki qanunverici fəaliyyətində əvvəlki illərdəki kimi aktiv olacağına eləcə də digər məsələlərlə bağlı çıxış edəcəyinə söz verib.

Görüşlərdə iştirak edən çoxsaylı seçicilərin sözlərinə görə, bundan əvvəlki seçkilərə qatılan Çingiz Qənizadə onları ləyaqətlə təmsil etmiş, mütəmadi olaraq kəndə gəlmiş, seçicilərini dinləmiş, onların ərizə və şikayətlərinə diqqətlə yanaşmış, hər il kəndlərdə görüşlər keçirmişdir. Ona görə də seçicilər bu dəfə də namizədləri olan Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.

Daha sonra sakinlər Bakı-Horadiz dəmir yolu xəttinin kəndlərinin yaxınlığından keçməsini nəzərə alaraq, həmin ərazidə əvvəllər fəaliyyət göstərən stansiyada qatarın 2 dəqiqə dayanmasını xahiş ediblər. Bununla bağlı deputatlığa namizəd Çingiz Qənizadə məsələnin müsbət həlli üçün çalışacağına söz verib.

Tarix
2020.01.18 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla