Yuxarı

Bu, müstəqillik yolunda verdiyimiz itkilərdir... – Əli Əhmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatları, YAP üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Əhmədov 20 Yanvar faciəsini törədənlərin bu günə qədər cəzasız qalmasına təəssüfləndiyini bildirib:

"Bir neçə gündən sonra Azərbaycan tarixinin ən qanlı faciələrindən olan 20 Yanvar qırğınının 30 ili tamam olur. Azərbaycanın hər bir guşəsində bu tarix qeyd edilir, şəhidlər yad edilir.

Xüsusi vurğulamaq istəyirəm ki, 30 il bundan əvvəl törədilənlər sadəcə Azərbaycan xalqının başına gətirilən faciə deyildi. Bu xalqımıza qarşı törədilmiş böyük və qanlı bir cinayət idi və təbii ki, bu cinayəti törədən də o zamankı Sovet imperiyası və Sovet imperiyasının rəhbərliyində duranlar idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına rast gəlmək demək olar ki, mümkün deyildi. Yəqin ki, 20 Yanvar faciəsi və qırğını yeganə haldır ki, bu faciəni və qırğını törədənlərin heç biri bu günə qədər öz cəzasını almayıblar".

Ə.Əhmədov ümumilli lider Heydər Əliyevin bu faciəyə qiymət verilməsi istiqamətində gördüyü işlərdən də bəhs edib:

"Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə onun əsl baiskarı və səbəbkarı olan, Sovetlər İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi, bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilmiş faciənin sadəcə olaraq Azərbaycan xalqının hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir. Həmin faciə törədiləndən təxminən bir il sonra Sovet imperiyası çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.

Bu gün biz ayrıca onu vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş insanlarımızın da rolu var. Təbiidir ki, bugünkü müstəqilliyimizi, inkişafımızı, gələcəyə ümidlə irəliləməyimizi qiymətləndirərkən eyni zamanda bu yolda tökülən qanların sahiblərini də xatırlamalıyıq. Azərbaycan xalqı 20 Yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq. Bu, bizim müstəqillik yolunda verdiyimiz itkilərdir. Amma əldə etdiyimiz müstəqillik Azərbaycanın hər bir vətəndaşına, bütövlükdə dövlətimizə gətirdiyi üstünlüklərdir".

Tarix
2020.01.18 / 13:25
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla