Yuxarı

Gəncə idmançıları seçimini etdi: Deputatımız odur! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasından Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədliyi irəli sürülən Naqif Həmzəyev, Pərvin Kərimzadə, Musa Quliyev və Müşfiq Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşlərini YAP Gəncə şəhər təşkilatının binasında şəhərin idman ictimaiyyəti ilə keçiriblər.

Axar.az xəbər verir ki, tədbirdə ilk görüşün idman ictimaiyyəti ilə keçirilməsinin heç də təsadüfü xarakter daşımadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanı müxtəlif beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil edən, mötəbər yarışlarda üçrəngli bayrağımızı dalğalandıran idmançılar ölkəmizi xaricdə təmsil edən əsas simalardandır. Bu gün Azərbaycanda, idman sahəsində olduqca böyük naliyyətlər əldə olunub ki, bu da son 20 ildə Azərbaycan idmanına dövlətin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Görüş iştirakçıları ölkə idmançılarının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunduqlarından bəhs edib, 9 fevralda seçimlərinin ölkəmizin ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədlərinin olacağını bildiriblər.

Tarix
2020.01.18 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla