Yuxarı

Qənizadə yayılan görüntüsü barədə danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib.

Axar.az xəbər verir ki, Çingiz Qənizadə Azxeber.az-a açıqlamasında baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:

"Bu hadisə dünən yox, srağagün İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar "Mən Qarabağda vuruşmuşam, 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?” kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı".

Ç.Qənizadə bu hadisənin təsadüf olduğuna inanmadığını deyib:

"Onu deyə bilərəm ki, bu mənə qarşı hazırlanmış qara piardır. Burada bir neçə namizəd var və onlar hər vasitə ilə çalışırlar ki, mənə mane olsunlar. Güclü rəqibi sıradan çıxarmaq üçün ümidlərini Yutuba bağlayıblar. Və bu vasitə ilə qara piar aparırlar".

Çingiz Qənizadə deyib ki, seçicilər onun yanındadır:

"Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm. Mən elə hesab edirəm ki, açıq və əlçatan deputat olmuşam və seçicilərimin mənə sevgisi var. Videoya baxan hər kəs görür ki, mən o görüntülərdə heç bir kobudluq etməmişəm. Bu təxminən 10 nəfərə yaxın, xüsusi öyrədilmiş və kənddə nüfuzu olmayan insanların atdığı addımdır. Bu, qara piardır. Biz bu kimi hallara öyrəşmişik. Son olaraq səs seçicinindir. Kim seçici ilə yaxşı işləyəcəksə, seçim də o olacaq. Ümid edirəm ki, seçici ədalətli seçim edəcək".

Tarix
2020.01.19 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla