Yuxarı

Şagirdi şlanqla döyən müəllim məktəbdən uzaqlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdi şlanqla döyən müəllim məktəbdən uzaqlaşdırıldı

Bakının Sabunçu rayonunun 90 saylı orta məktəbində müəllim 7-ci sinif şagirdi Orxan Həsənovu şlanq ilə döyüb. Bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov şagirdi xəstəxanalıq edib.

Orxan Həsənovun valideynlərinin mətbuata verdiyi məlumata görə, müəllim onu maşınına tüpürdüyünə görə sinif otağına salıb, qapını arxadan bağlayıb və şlanq ilə döyüb. Uşaq xəstəxanaya aparılıb, müvafiq qurumlara da məlumat verilib.

Məktəbin direktoru Qurbantac Qazıbəyova Publika.az-a açıqlamasında hadisənin xoşagəlməz hal olduğunu və müəllimin müvəqqəti olaraq məktəbdən uzaqlaşdırıldığını bildirib:

"Hadisə fevralın 10-da baş verib. Həmin gün məktəbdə olmuşam. Şagirdin otağa salınıb döyülməsi doğru deyil. Amma səbəb barədə dəqiq məlumatım yoxdur, araşdırma aparılır. Belə bir xoşagəlməz hadisənin baş verməsi çox pisdir. Bu hal ilk dəfədir baş verib, həmin müəllimlə bağlı əvvəllər heç bir problem olmayıb. İstintaq yekunlaşana qədər müəllim məktəbdən uzaqlaşdırılıb. Elə bir insanın müəllim işləməsi düzgün deyil, o məktəblik deyil".

Qeyd edək ki, bu barədə ilk dəfə "Azadlıq" radiosu məlumat yayıb.

Tarix
2015.02.16 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla