Yuxarı

Zorla Bakıya gətirilən qız ölkəsinə yola salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.

Axar.az Report-a istiandən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri özünə qaytarılıb.

BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Gənc qız BŞBPİ əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

Tarix
2020.01.19 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla