Yuxarı

Əxlaqsızlıq yuvasındakı qətlə rəsmi reaksiya - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əxlaqsızlıq yuvasındakı qətlə rəsmi reaksiya - Yeniləndi

15:03

Abşeron rayon Masazır qəsəbəsində yerləşən "Romi" motelində qətl hadisəsi baş verib.

Axar.az-a daxil olan qeyri-rəsmi məlumata görə, moteldə olan qadını öz əri qətlə yetirib.

Hazırda hadisə yerində polis əməkdaşlarının olduğu bildirilir.

"Romi" motelinin əxlaqsızlıq yuvası olduğu barədə məlumatlar var. İlkin ehtimala görə, qətlin səbəbi də budur.

Ölənin və qatilin şəxsiyyəti müəyyənləşməyib.

15:20

Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı Axar.az-a təsdiqləyiblər. İdarədən bildirilib ki, qatil Zöhrab İsmayılovdur. O, arvadı Vəfanı qətlə yetirib.

***

Bu gün Masazırda baş vermiş qətlə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Publika.az-a verdiyi məlumata görə, bu gün saat 14 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Romi" motelində qətl hadisəsi baş verib.

1980-ci il təvəllüdlü Zöhrab İsmayılov qısqanclıq zəminində keçmiş arvadı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanın boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi baslanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Z.İsmayılov hal-hazırda rayon prokurorluğunda dindirilir.

Tarix
2015.02.16 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla