Yuxarı

Polislə əlbəyaxa olan qadın həbs edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polislə əlbəyaxa olan qadın həbs edildi - Video

Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücünün hərəkətlərinə hüquqi qiymət verilib.

Report xəbər verir ki, polisə tabe olmayan M.K. ilə bağlı işə Xətai rayon Məhkəməsində baxılıb. O, məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun 37-ci Polis Bölməsinin növbətçi hissəsinin iş rejimini pozmasını ağırlaşdırıcı hal kimi qəbul edib.

Həm də məlum olub ki, M.K.-nın idarə etdiyi "KİA" markalı avtomobil onun özünün yox, oğlan dostunun olub.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan "KIA" markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Tarix
2015.02.16 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla