Yuxarı

SOCAR-ın dalğıcı suda boğuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın dalğıcı suda boğuldu

Dövlət Neft Şirkətinin Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin dalğıcı boğularaq ölüb.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, 15 fevral 2015-ci il tarixdə saat 17:00-da Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı, 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov "Bulla" yatağındakı 29 saylı özülün yaxınlığında "Şirvan-2" kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün "Orion-4" dalğıc gəmisindən suya enib.

Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enib və onu suda huşsuz vəziyyətdə tapıb. K.Umudov gəmiyə çıxarılıb, ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Tarix
2015.02.16 / 15:20
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla