Yuxarı

Lamiyənin ata evi satışa çıxarıldı - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyənin ata evi satışa çıxarıldı - Özəl

Həbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin haraya köçəcəyi açıqlanmır.

Anası qızının və nəvəsinin azad olunacağına ümidlidir. L.Quliyevanın işinə fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Onun həbsdə nəzarətçini döyməsi ittihamı ilə 5,5 il cəza müddəti artırılıb.

2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən Lamiyənin həbsi 2013-cü ildə bitib.

O, cinayəti namus üstündə törətdiyini deyib. Cinayətdə iştirakı olan Vüqar Əliyev isə azadlıqdan ömürlük məhrum edilib. Lamiyə həbsdə övlad dünyaya gətirməsi və uşağın necə və kimdən doğulması sualları ilə gündəmə gəlib.

ANS-ə son müsahibəsində Elnur Rəsulov adlı dustaqla görüşərək uşağı olduğunu desə də, məhkum onların görüşmədiyini, toxumlarını Lamiyəyə göndərdiyini qeyd edib.

Tarix
2015.02.16 / 15:31
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla