Yuxarı

Nazir “Abşeron” yatağının işlənməsi ilə bağlı müzakirə apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir “Abşeron” yatağının işlənməsi ilə bağlı müzakirə apardı

Energetika naziri Pərviz Şahbazov “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutla görüşüb.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə “Abşeron” layihəsinin icra vəziyyəti və “Total” şirkəti ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

P.Şahbazov “Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru R.Agut “Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla “Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.

Görüşdə “Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpaolunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış anlaşma memorandumu xatırladılıb və bərpaolunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə olunub.

Tarix
2020.01.22 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla