Yuxarı

Gəncədə məktəbli qız itkin düşdü, araşdırma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:34

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində 10-cu sinif şagird olan Gülçin Məmmədovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Report-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb: “Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Gülçin Məmmədovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

E.Səfərov xatırladıb ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb: "Bir daha bəyan edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, yanvarın 21-də 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Tarix
2020.01.23 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla