Yuxarı

Feysbuk Azərbaycanın şikayətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbuk Azərbaycanın şikayətini qəbul etdi

Qondarma Dağlıq Qarabağ Respublikasının bir müddət əvvəl rəsmən təsdiq olunan Feysbuk səhifəsi ilə bağlı şirkət tərəfindən yeni addım atılıb.

ANS-in məlumatına görə, 25 mindən çox istifadəçisi olan olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.

Ötən həftə gündəmə gələn bu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölçü götürüləcəyi və rejimin səhifəsinin təsdiqlənməsinin doğru bir addım olmaması barədə şirkətə müraciət və şikayətlərin ediləcəyi bildirilmişdi.

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin də şikayət etməsi ilə Feysbuk idarəçiləri məsələni araşdırdıqdan sonra səhifənin təsdiq edilməsini geri götürüblər.

Qeyd edək ki, Feysbukda hər hansı bir səhifə ilə bağlı kütləvi şikayətlər edildikdə, baş ofis səhifənin aid olduğu həmin şəxs və ya hökuməti araşdırır, daha sonra yekun qərarını verir.

Tarix
2015.02.17 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla