Yuxarı

Bakıda “əyri gedən” marşrut: BNA qərar verdi... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonun Ələt qəsəbəsinin sakinləri Bakı-Ələt marşrutu üzrə hərəkət edən 195 saylı xəttdən narazıdır.

Bu barədə Axar.az-da qəsəbə sakinləri şikayət məktubu ünvanlayıb. Sakinlər bildirirlər ki, sözügedən marşrut xəttinin sürücüləri vaxt cədvəlinə əməl etmirlər:

“Ərazidə yaşayanların sayı son illər əhəmiyyətli dərəcədə artıb. Ancaq ictimai nəqliyyat sarıdan ciddi çətinliklərlə üz-üzəyik. Lökbatan dairəsindən Ələt qəsəbəsinə yalnız 195 saylı marşrut işləyir. Bu avtobus da Ələt qəsəbəsinə gəlmək üçün 1 saat 40 dəqiqə ərzində bir neçə qəsəbə və kəndlərdən (Sahil, Ümid, Səngəçal, Qobustan, Şıxlar, Kötəl, Baş Ələt) keçir. Avtobus sürücüləri intervala əməl etmirlər, buna görə də sakinlər saatlarla avtobus gözləməli olur. Xüsusən də axşam saatlarında daha çox problem yaranır. Ən əsası isə bu problemlərin hələ bir hissəsidir. Marşrutların sayı demək olar ki, yox səviyyəsindədir. Sakinlər marşrutu saatlarla gözləməli olurlar. Marşrut gələndə isə ona minib-düşmək olmur – ağırlıqdan avtobuslar bir tərəfi əyilmiş halda hərəkət edir”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev saytımıza bildirib ki, problemin həlli üçün yaxın günlərdə tədbir görüləcək:

“Qeyd edilən marşrut xətti üzrə sərnişindaşımanın vəziyyətinin ürəkaçan olmadığından xəbərdarıq. Xətt üzrə daşıyıcı Manella MMC-nin rəhbəri Qurbanəli İsmayılov dəfələrlə agentliyə çağırılıb və çatışmazlıqlarla bağlı xəbərdarlıqlar edilib. Lakin təəssüf ki, hələ də təsirli bir tədbir yoxdur. Bildirim ki, bu cür problemli xətlərin dəyişdirilməsi gündəlikdə duran ən əsas məsələlərdəndir. Yenilənməsi məqsədi ilə bu xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq”.

Tarix
2020.01.23 / 14:19
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla