Yuxarı

AzTV-dən Xuraman Şuşalıya: Guya hicablı olduğu üçün...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi saytlarda müğənni Xuraman Şuşalının AzTV barədə mənbəyi göstərilməyən ittiham dolu açıqlaması dərc olunub. Müğənni məntiqsiz, mənbəsiz və məsuliyyəti unudaraq iddia edir ki, guya hicablı olduğu üçün efirə buraxılmır. AzTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlər, tamaşaçılar verilişlərdə iştirak, çıxış edir.

Kult.az xəbər verir ki, bu sözlər AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin müğənni Xuraman Şuşalının iddialarına cavabında bildirilib.

Qeyd edilir ki, Xuraman Şuşalının iddaları əsassızdır: “Ayrıca olaraq Mədəniyyət telekanalında islam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atılması bizə də maraqlıdır.

O ki qaldı müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq, hər bir müğənninin AzTV, Mədəniyyət və İdman telekanallarında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır.

Konkret olaraq Xuraman Şuşalıya gəlincə, müğənni yalnız indi deyil, illərdir AzTV-nin efirində çıxış etməyib. AzTV-nin bu adda solisti yoxdur. Hər halda bunun səbəbi biz deyilik. AzTV hər zaman efir səviyyəsini qoruyub, bu gün də qoruyur. Bu səbəbdən hər müğənninin AzTV-nin efirində görünməsi mümkün deyil”.

Tarix
2020.01.23 / 22:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla