Yuxarı

Bakıda insanlar onunla görüşə axışdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

33 saylı Xətai birinci seçki dairəsindən millət vəkilliyinə namizəd Fuad Abbasovun Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsinin sakinləri ilə görüşü izdihamla yadda qalıb.

Axar.az xəbər verir ki, görüşdə paytaxtın digər rayonlarında yaşayan sakinlər də iştirak edib.

Seçicilər Fuad Abbasova etimad bəslədiklərini, ona səs verəcəklərini bildiriblər:

“Biz sizi deputat görmək istəyirik. Bilirik ki, Xətaidə yaşayanlar sizi seçəcək, amma siz bütün azərbaycanlıların maraqlarını qoruyacaqsınız. Məhz bu səbəbdən sizə dəstək olmaq üçün bura yığışdıq”.

Başqa rayonlardan gələnlərə izah olunub ki, belə bir hüquqi imkan olmadığından, onların bütün problemləri dərhal dinlənəcək, qeydə alınacaq və maksimal dərəcədə köməklik göstəriləcək, lakin bu insanlar seçki zamanı yalnız öz ərazilərindən olan namizədlərə səs vermə hüquqlarına malikdirlər.

“Mənim qapılarım hər biriniz üçün açıqdır. Nəinki Bakı, Azərbaycan, hətta dünyanın dörd bir yanından həmvətənlərimizə dəstək olmağa hazırıq”, - Abbasov qeyd edib.

Qeyd edək ki, görüş canlı olaraq Feysbuk və Yutub sosial şəbəkələrində yayımlanıb.

Canlı yayım gedərkən Fuad Abbasov seçicilərə öz vəkili və səlahiyyətli nümayəndəsini təqdim edib.

Xatırladaq ki, Fuad Abbasovun təşviqat kampaniyası çərçivəsində sakinlərlə növbəti görüşü bazar günü (28 yanvar) saat 15:00 Sarayev küçəsində yerləşən Bakı kinoteatrında keçiriləcək.

Tarix
2020.01.24 / 10:45
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla