Yuxarı

Vilayət Eyvazovun apardığı bu islahatlar... – Qənizadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Bakı şəhərində hərəkətin intensivliyi artıb. Bunu mən də dəfələrlə müşahidə etmişəm və artıq iki həftədir ki, paytaxtda xüsusilə hərəkətin sıx olduğu nöqtələrdə intensivlik var.

Axar.az xəbər verir ki, bu sözləri Avtosfer.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib. O bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılan struktur dəyişiklikləri müsbət nəticələr verməyə başlayıb:

"Müşahidələrim onu göstərir ki, xidmət aparan YPX əməkdaşları daha çox hərəkətin nizamlanması, hərəkətin intensivliyi, təhlükəsizliyin qorunmasına diqqət edirlər. Sıxlıq olan nöqtələr - 20 Yanvar dairəsi, Şamaxı yolu, 3-cü mikrorayon ərazisində, Babək prospektində və digər küçə və yollarda YPX əməkdaşları mütəmadi olaraq xidmət aparır. Həm avtomobillə, həm də piyada şəkildə yolda hərəkəti nizamlayır. Bu özü müsbət nəticədir. Demək ki, bu tendensiyanı qoruyub saxlamaqla əhalinin yollarda rahat hərəkətini təmin etmək olar.

Mən yol polisinin yeni rəhbərliyinin işgüzarlığına əminəm və düşünürəm ki, gələcəkdə onlarla sıx əməkdaşlıq edərək həm maarifləndirmə tədbirlərini gücləndirəcək, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə tövhə verəcəyik”.

Çingiz Qənizadə onu da bildirib ki, YPX əməkdaşlarının son vaxtlar cərimə yazmaqdan daha çox hərəkətin təhlükəsizliyini təmin etməyə üstünlük verməsi DİN rəhbərliyinin iradəsindən asılıdır:

“Bu istiqamətdə aparılan islahatlar vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Ümid edirəm ki, bu tendensiya davam edəcək və yol polisi sistemində bu islahatların davamlı olacaq. Sürücüləri, vətəndaşları narazı salan digər məqamlar da aradan qaldırılmalıdır. Daxili İşlər naziri Vilayət Eyvazovun apardığı islahatlardan da onu görürük ki, bütün bunlar vətəndaş məmnunluğuna hesablanıb”.

Tarix
2020.01.24 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla